IMG-LOGO

Dini Komitənin çağrı mərkəzi fəaliyyətə başlayıb

12 Feb 2026 14:56 3 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 8160 nömrəli çağrı mərkəzi yaradılıb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, xidmətin məqsədi vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılmasıdır. Yeni xidmət vasitəsilə vətəndaşlar komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vurğulanıb ki, vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa 8160 nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Xəbər lenti