IMG-LOGO

BOK ukraynalı idmançını İtaliyadakı olimpiadadan kənarlaşdırıb

12 Feb 2026 13:29 4 baxış
IMG

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qaydaları pozaraq qadağan olunmuş kaskadan istifadə edən ukraynalı skeletonçu Vladislav Heraskeviçi diskvalifikasiya edib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İdmançının İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarında iştirakı üçün verilmiş akkreditasiyası ləğv olunub. Buna səbəb skeletonçunun kaskasının üzərində hərbi münaqişə nəticəsində həlak olmuş ukraynalı idmançıların təsvirinin yer alması və onun bu avadanlıqla yarışa qatılmaqda israr etməsidir.

BOK rəsmiləri, o cümlədən qurumun rəhbəri Kirsti Koventri idmançı ilə görüşərək kompromis variantlar təklif etsələr də, V.Heraskeviç qaydalara əməl etməkdən imtina edib. Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) münsiflər heyəti də kaskanın mövcud qaydalara uyğun gəlmədiyi barədə qərar çıxarıb.

Vladislav Heraskeviç qadağaya baxmayaraq, fevralın 12-də keçirilən məşqə həmin kaska ilə çıxıb.

Xəbər lenti