IMG-LOGO

Rusiya Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin binasına zərbə endirib

12 Feb 2026 13:50 4 baxış
IMG

Ukraynanın Kramatorsk şəhərində Rusiya PUA-sı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin binasını vurub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, çərşənbə axşamına keçən gecə Rusiya qoşunları 219 zərbə pilotsuz uçuş aparatı, o cümlədən xeyli sayda "Şahid" tipli dronlar, 24-ü ballistik olmaqla 25 raketlə Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib.

"Təəssüf ki, onların hamısı yox, bir çoxu uğurla zərərsizləşdirilib. Bu zərbə nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Ondan çox insan yaralanıb", - Zelenski yazıb.

Prezident qeyd edib ki, zərbənin əsas hədəfi Kiyev, Odessa və Dneprdəki enerji infrastrukturu - elektrik stansiyaları və yarımstansiyalar olub. Xarkov, Donetsk, Kiyev və Xerson vilayətlərinə də ziyan dəyib.

Paytaxtda vəziyyət gərgin olaraq qalır, bir çox binaların istilik təchizatı hələ də bərpa olunmayıb.

Xəbər lenti