Türkiyə vətəndaşı Rıfat Özdəmir Ceffri Epşteynə bənzədildiyi üçün təzyiqlərə məruz qalıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Epşteynə bənzədildiyini deyən şəxs ona qarşı pis davranışlardan bezdiyini və müvəqqəti olaraq qaldığı evini tərk etdiyini söyləyib:
“İctimaiyyətin baxışlarından və qonşularımdan narahat olmağa başlamışam. Ən qısa zamanda Ankaraya qayıdıb, bir həftə çölə çıxmayacam. Vəziyyət sakitləşənə qədər evdə qalacam”.
O, daha sonrakı açıqlamasında xalqına çağırış edərək onu Epşteynə bənzətməmələrini xahiş edib. Hətta ondan fərqlənmək üçün özünə dəyişikliklər edəcəyini bildirib:
“Mən o insana bənzədilmək istəmirəm. Normal işində, gücündə olan sadə vətəndaşam. İnsanlar bənzər yaradılıb, oxşarlıq ola bilər. Başıma gələn şanssız bir hadisədir ki, ona bənzədim. Yolda gedərkən mənə sərt baxışlarla baxırlar. Onların baxışları məni narahat edir. Epşteyni eşidən kimi insan narahat olur. Çünki o yaxşı biri deyil. Ona bənzədilmək də yaxşı bir şey deyil. Xalqımdan xahiş edirəm ki, məni Epşteynə bənzətməyin. Bu saatdan sonra bütün dəyişiklikləri edəcəyəm – saçımı fərqli kəsdirəcəyəm, saqqal saxlayacağam”.
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Epşteyn işi Epişteyn Türkiyəli vətəndaş EPİŞTEYNƏ BƏNZƏYƏN ADAM