IMG-LOGO

Ötən il BTC əsaslı xərclərini 2 dəfədən çox artırıb

12 Feb 2026 12:47 4 baxış
IMG

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə 131 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 98 milyon ABŞ dolları həcmində vəsait yönəldilib.

"Report" "BP-Azerbaijan" şirkətinin hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin göstəricisi ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 15 milyon ABŞ dolları və ya 10,3 % azdır.

2024-cü ilin göstəricisi ilə müqayisədə 2025-ci ildə əsas ixrac boru kəmərinin əsaslı xərcləri isə 54 milyon ABŞ dolları və ya 2,2 dəfə artıb.

Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (təxminən 4,7 milyard bareldəmn çox) xam neft nəql edilib və Ceyhanda 6 145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2025-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 283 tankerə yüklənmiş və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); SOCAR (32,97 %); MOL (8,90 %), TPAO (6,53 %); "Eni" (5,00 %); "TotalEnergies" (5,00 %), "İtochu" (3,40 %); "İnpex" (2,50 %), "ExxonMobil" (2,50 %) və ONGC (BTC) Limited (3,10 %) şirkətləridir.

Xəbər lenti