Çinin ixrac bazarları üçün hazırladığı premium krossover modelləri ilə tanınan "Jaecoo" brendi artıq rəsmi olaraq Azərbaycan bazarında fəaliyyətə başlayıb. Brendi ölkəmizdə "İmotors" MMC təmsil edir.
Təhlükəsizlik, müasir texnologiyalar və yeni nəsil SUV konsepsiyasını bir araya gətirən "Jaecoo" modelləri yüksək keyfiyyət standartlarına cavab verən avtomobillər kimi təqdim olunur. Brendin modelləri Euro NCAP təhlükəsizlik testlərində 5 ulduz əldə edərək, Avropanın ən sərt təhlükəsizlik və sertifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Məhz bu göstəricilər sayəsində Jaecoo avtomobilləri bir sıra Qərbi Avropa ölkələrində rəsmi satışa çıxarılıb.
Avropa sertifikasiya standartlarına uyğun təhlükəsizlik anlayışı Jaecoo modellərində gövdənin möhkəm kapsul konstruksiyası, Euro 6+ emissiya normaları, qabaqcıl ADAS sürücüyə yardım sistemləri, aktiv və passiv təhlükəsizlik texnologiyaları, eləcə də yüksək keyfiyyətli interyer materialları ilə təmin edilir. Brendin "Jaecoo" J7 və J8 modelləri ekoloji cəhətdən təmiz, qənaətcil və eyni zamanda yüksək performans təqdim edən SHS (Smart Hybrid System) texnologiyası ilə təklif olunur.
"Jaecoo" modelləri region bazarlarında da ciddi maraqla qarşılanır. Rusiya bazarında satışa çıxarılan "Jaecoo" avtomobilləri qısa müddət ərzində TOP 5 ən çox maraq göstərilən modellər sırasına daxil olub. Brend eyni zamanda Türkiyədə də rəsmi olaraq təmsil olunur və sürətlə populyarlıq qazanır.
Ümumiləşdirilmiş texniki göstəricilər (PHEV):
1.5L turbo Plug-in Hybrid mühərrik
Ümumi güc: 360+ at gücü (modeldən asılı olaraq)
Tam elektrik rejimində gündəlik şəhər yürüşü imkanı
AWD opsiyası və avtomatik transmissiya
Güclü dinamika və yüksək sürüş stabilliyi
"Jaecoo" J7 və J8 modelləri müasir dizaynı, Avropa səviyyəli təhlükəsizliyi, PHEV texnologiyası və premium komfortu bir araya gətirən yeni nəsil SUV-lar kimi Azərbaycan bazarına təqdim olunur.
"Jaecoo" – artıq Azərbaycanda.
Ünvan: Babək pr., 38A
Qaynar xətt: *8887
WhatsApp: +994 10 232 77 12






