Dəhşətli hadisə Çilidə şəhərində baş verib.
Lent.az-ın xəbərinə görə, qatar platformaya yaxınlaşarkən gənc qadın hərəkətdə olan qatarla platformanın arasına düşüb. Qadın düşdüyü yerdən çıxardılaraq xəstəxanaya yerləşdirilib. Burada ona tibbi xidmət göstərildikdən sonra evə buraxılıb.
Jurnalistlərə müsahibəsində qadın bildirib ki, qəflətən təzyiqi düşdüyü üçün başı gicəllənib. Yanındakı şəxsi xəbərdar etmək istəsə də, bacarmayıb.