Hamburqun ətraf ərazilərindən biri olan Blankenese, qurbağaların və gölməçələrin sayının azalması problemi ilə üzləşib: il ərzində qurbağaların sayı üçdə birdən çox azalıb. Bununla əlaqədar olaraq, Yaşıllar Partiyasından olan yerli siyasətçilər polad və betondan hazırlanmış qurbağalar üçün dörd tunelin tikintisinə yarım milyon avro ayırmaq qərarına gəliblər.
Lent.az “Bild”ə istinadən xəbər verir ki, bu cür xərclərin əsassız olduğunu düşünən yerli vergi ödəyicilərinin heç də hamısı qərardan razı olmayıb. Onlar tunellərin sıx yolların altında deyil, sakit küçələrin və velosiped yollarının altında tikildiyini də qeyd ediblər.
Bununla belə, tərtibatçılar ümid edirlər ki, yeni tunellər Blankenesedə qurbağaların və gölməçə tritonlarının sayının qorunmasına kömək edəcək. Keçən il yerli mühafizəçilər mindən çox qurbağa saysalar da, bir il sonra onların sayı 616 fərdə qədər azalıb.