Tanzaniyada zooparkda baş verən hadisə təbiətsevənləri kədərləndirib.
Lent.az xəbər verir ki, gecə zooparkdakı qəfəsə girməyi tülkü 30 nadir quşu məhv edib. Hadisənin üstü səhər işçilər volyerləri yoxlayarkən üzə çıxıb. Məlum olub ki, 30 quşu boğan tülkü volyerdən çıxa bilib. Qaçan tülkünü tutmaq mümkün olmayıb.
Qeyd edək ki, ötən il oxşar hadisə Vaşinqtonda olub.