IMG-LOGO

Gənclərdə bağırsaq xərçənginin inkişafı üçün RİSK FAKTORLARI

03 Feb 2024 00:04 149 baxış
IMG

İtaliyanın Milan Universitetinin alimləri 2024-cü ildə Avropa və Böyük Britaniyada gənclər arasında bağırsaq xərçəngindən ölüm nisbətinin artacağını proqnozlaşdırıblar. Bu xəstəliyin inkişafı üçün əsas risk faktorları piylənmə, diabet və alkoqoldan sui-istifadədir.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri Annals of Oncology jurnalında dərc olunub.

Tədqiqatçılar Böyük Britaniyada 25-49 yaşlı insanlar arasında kolorektal xərçəngdən ölənlərin sayının 2018-ci illə müqayisədə kişilərdə 26%, qadınlarda isə 39% artacağını bildiriblər. Bu göstəricinin artımı İtaliyada (kişilərdə 1,5%, qadınlarda 2,6%), ispan və polşalı kişilərdə (ölüm göstəricisi müvafiq olaraq 5,5% və 5,9% artım) və alman qadınlarda 7,2% proqnozlaşdırılır. 

Mənbə: lent.az

Xəbər lenti