IMG-LOGO

Bu qadın dünyada ölümcül xəstəlikdən sağalan ilk insan oldu

02.02.2024 11:09 165 baxış
IMG

Avstraliyalı bir qadın dünyada ölümcül xəstəlikdən sağalan yeganə insan olub. 

Lent.az xəbər verir ki, bu qadın dünya üzərində mal-qara və qoyunlarda ölümcül qara ayaq xəstəliyinə səbəb olan bakteriyaya yoluxduğu bilinən üçüncü şəxs olub. Bilinən digər iki şəxsin həyatını qurtarmaq mümkün olmasa da, bu qadın möcüzəvi şəkildə sağ qalıb. 

Məlum olub ki, 48 yaşlı qadın bağçada əlcəksiz işləyib və bu zaman ev pişiyi onun əllərini cızıb.  Bundan sonra o, bakteriyaya yoluxub və bir neçə gün sonra xəstəxanaya müraciət edib. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Sonradan həkimlər xəstənin qanında torpaqda sporlar şəklində yaşayan, udulduqda və ya nəfəs aldıqda qan dövranına və əzələ toxumasına daxil olan “Clostridium chauvoei” bakteriyasının ölümcül formasını aşkar ediblər. Dəqiq diaqnoz və vaxtında aparılan müalicə sayəsində iki həftə yarımdan sonra qadının səhhəti normallaşıb və üç aydan sonra tam sağalıb

Qeyd edək ki, indiyədək yalnız iki nəfər “Clostridium chauvoei” virusuna yoluxub və hər ikisi bu bakteriyaya yoluxma nəticəsində yaranan fəsadlardan dünyasını dəyişib.   

Xəbər lenti