Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manat vergi daxil olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.
Ötən ay muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 22,3 % çox olub.
Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 3,5 % artaraq 235,9 min manat olub.