AccessBank pərakəndə kredit məhsullarını inkişaf etdirmək və müştərilərə daha geniş maliyyə imkanları təqdim etmək məqsədilə istehlak krediti üzrə şərtləri yeniləyib.
Belə ki, Nağd Kredit məhsulu üzrə maksimum kredit məbləği 40 000 manatdan 50 000 manata qədər artırılıb.
Məhsul üzrə minimum faiz dərəcəsi 9,5 %, maksimum isə 24 % təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) 15 %-dən başlayır və seçilən müddətə, kredit məbləğinə, eləcə də tətbiq olunan komissiyaya uyğun olaraq dəyişə bilər. Komissiya 0–3% müəyyən edilir, kredit müddəti isə 6-48 ay nəzərdə tutulur.
Müştərilərin istəyinə uyğun olaraq kreditlə bərabər faizsiz kredit OK kartı təqdim olunur ki, bu da gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamağa imkan yaradır.
Müştərilər kredit imkanları ilə daha yaxından tanış olmaq və aylıq ödənişlərini əvvəlcədən hesablamaq üçün kredit kalkulyatorundan istifadə edə bilərlər. Bundan əlavə, onlayn müraciət vasitəsilə banka gəlmədən və vaxt itirmədən krediti rahat şəkildə əldə etmək mümkündür.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: Accessbank.filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.