Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, avtomobil piyada - 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.
X. Şirinov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az