IMG-LOGO

İSB: Sığorta Sektorunun İnkişaf Strategiyasındakı 7 fəaliyyət üzrə işlər yekunlaşıb

10 Feb 2026 11:28 3 baxış
IMG

İcbari Sığorta Bürosunun (İSB) təsdiqlədiyi "2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası"ndakı 7 fəaliyyət üzrə işlər ötən il yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib.

"39 fəaliyyət üzrə isə işlər davam edir. Ümumilikdə Strategiya çərçivəsində 2025-2027-ci illər üzrə 14 təşəbbüs və 66 fəaliyyət nəzərdə tutulub. Fəaliyyətlərin icrası zamanı heç bir gecikmə müşahidə olunmayıb", - deyə o qeyd edib.

Xəbər lenti