IMG-LOGO

İSB-yə sığorta şirkətlərindən daxil olan müraciətlərin sayı kəskin azalıb

10 Feb 2026 11:55 3 baxış
IMG

Ötən ilin oktyabr ayında "Forma 4" məlumatlarının elektron qaydada təqdim edilməsinə başlanıldıqdan sonra İcbari Sığorta Bürosuna (İSB) sığorta şirkətlərindən daxil olan müraciətlərin sayı 97 % azalıb.

"Report" xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova bildirib.

"Rəqəmsal sığorta infrastruktunun qurulması çərçivəsində İSB-nin üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələrinin "Forma 4" məlumatlarının elektron qaydada təqdim edilməsi layihəsi, eləcə də hadisələrin idarə olunması infrastrukturunun yenidən qurulması istiqamətində şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması layihəsi icra edilib. Oktyabr ayının ilk yarısında bizə 548 sorğu daxil olduğu halda, bu rəqəm noyabrda 16, dekabrda 13 olub", - deyə o qeyd edib.

Xəbər lenti