Cənubi Qafqaz və Mərkəzi Asiya Amerika şirkətlərinin yüksək maraq mərkəzindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
"ABŞ Ticarət Palatası böyük bir təşkilatdır. Azərbaycandakı aktiv fəaliyyətimizə cəmi iki il əvvəl başlamışıq, lakin artıq ölkənin COP29-u nə dərəcədə uğurla keçirdiyini görməyə imkan tapmışıq. Ötən il Prezident İlham Əliyevlə görüşümüz baş tutdu və o bizi Amerika biznesini Azərbaycana daha aktiv şəkildə cəlb etməyə çağırdı", - deyə Çoksi qeyd edib.