İranda fiziki və psixoloji işgəncələrə görə dəfələrlə əməliyyat olunan keçmiş güneyli siyasi məhbus Əkbər Lakestaninin barmaqları amputasiya edilib.
Lent.az-ın "MOUZE" teleqram kanalına istinadən məlumatına görə, Əkbər Lakestani bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib və ayağının dörd barmağının kəsildiyini bildirib.
Qeyd olunub ki, o, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə İran zindanlarında fiziki və mənəvi işgəncələrə məruz qalıb, bu da onun sağlamlığına ciddi təsir edib.
Həbsdə olarkən milli fəalın müalicəsinin qarşısı alındığı üçün ayaqlarına infeksiya düşüb və amputasiya təhlükəsi ilə üzləşib.