IMG-LOGO

Azərbaycan WB və IMF-in İllik Toplantılarına ev sahibliyi etməklə bağlı növbəti mərhələyə keçib

09 Feb 2026 16:56 4 baxış
IMG

Azərbaycan 2029-cu ildə keçiriləcək Dünya Bankı (WB) Qrupunun və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarına ev sahibliyi etmək üçün növbəti mərhələyə keçib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizin bununla bağlı təklif sənədi ötən ilin iyul ayında WB və IMF-in Katibliklərinə təqdim edilib. İlkin mərhələdə 11 namizəd ölkədən 4 ölkə – Azərbaycan, BƏƏ, Çin və Qətər tələblərə cavab verdiyindən növbəti mərhələyə keçirilib.

Xəbər lenti