IMG-LOGO

IMF-in icraçı direktoru Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib

09 Feb 2026 11:27 5 baxış
IMG

Beynəlxalq Valyuta Fondunda (IMF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə icraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində icraçı direktora işğal dövründə tamamilə dağıdılmış Ağdamda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

P.Loşevski həmçinin, Xankəndinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub.

Şuşaya səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.

Xəbər lenti