IMG-LOGO

Avstriyalı snoubordçu qış olimpiadaları tarixinin ən yaşlı qalibi olub

09 Feb 2026 09:41 3 baxış
IMG

Avstriyalı snoubordçu Benjamin Karl qış olimpiadaları tarixinin ən yaşlı qalibi olub.

"Report" xəbər verir ki, idmançı bunu İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarında 40 yaş 115 günlüyündə paralel nəhəng slalom üzrə fərdi yarışda qızıl medal qazanmaqla reallaşdırıb.

İkiqat olimpiya çempionu adını qazanan idmançı bu göstəricidə norveçli Ole-Eynar Byorndalenin 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarında müəyyənləşdirdiyi rekordu (40 yaş 12 gün) yeniləyib.

Qeyd edək ki, B.Karl ilk olimpiya çempionluğunu 2022-ci ildə Pekində əldə etmişdi.

Xəbər lenti