IMG-LOGO

ABŞ-İran münaqişəsi ilə bağlı narahatlıqların azalmasından sonra neft ucuzlaşıb

09 Feb 2026 06:48 5 baxış
IMG

ABŞ və İran arasında Yaxın Şərqdə potensial münaqişə ilə bağlı narahatlıqların azalmasından sonra neft qiymətləri bazar ertəsi günü erkən ticarətdə 1%-dən çox ucuzlaşıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Brent markalı xam neftin fyuçersləri, 89 sent və ya 1,31% azalaraq barel üçün 67,16 dollara enib.

ABŞ-ın Qərbi Texas Aralıq nefti (WTI) xam neftinin qiyməti 79 sent (-1,24%) azalaraq barel üçün 62,76 dollara düşüb.

Analitiklər hesab edirlər ki, bu, İranın yüksək vəzifəli diplomatının ötən cümə günü Omanın vasitəçiliyi ilə ABŞ ilə nüvə danışıqlarının "yaxşı başlanğıc etdiyini" və davam edəcəyini bildirməsi ilə bağlıdır.

Xəbər lenti