ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin yaxın vaxtlarda yeni telefon danışığı aparmaq niyyətindədirlər.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
"Biz razılaşdıq ki, Prezident Bayden və Sədr Si arasında tezliklə danışıq aparmaq lazımdır", - o, Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.
Sallivan, ABŞ və Çin liderlərinin "nisbətən tezliklə" telefonla danışacağını söyləyib. O qeyd edib ki, Bayden və Si arasında şəxsi ünsiyyətə alternativ ola bilməz.
Bizim Telegram kanalımıza abunə olun