Fransada hökumətə etimad məsələsi ilə bağlı səsvermə üçün ilk sorğu hələ baş nazirin əsas nitqini söyləməzdən əvvəl Milli Assambleyasına (parlamentin aşağı palatası) təqdim edilib.
"Report"un məlumatına görə, iclas parlamentin saytında yayımlanıb.
Milli Assambleyanın spikeri Yael Bron-Pivet deyib ki, etimad məsələsi üzrə səsvermə tələbini Matilda Pano (“İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri), Boris Vallo (Sosialist Partiyası), Siryel Şatelen (Avropa - Ekologiya - Yaşıllar) və digərləri təqdim edib.
Bu, yanvar ayında Fransa tarixində ən gənc baş nazir olmuş 34 yaşlı Qabriel Attalın rəhbərlik etdiyi hökumət dəyişikliyindən sonra ilk belə tələbdir. Ənənəvi olaraq, əsas çıxışı zamanı baş nazir hökumətə etimad məsələsini səsverməyə qoyur, lakin Attal bildirib ki, o, prezidentyönlü koalisiyada mütləq çoxluq olmadığı halda bunu etmək fikrində deyil.
Bizim Telegram kanalımıza abunə olun