IMG-LOGO

Miller: ABŞ Venesuelanın Vaşinqtonun gözlədiyi addımları atacağına ümid edir

31.01.2024 04:56 46 baxış
IMG

Birləşmiş Ştatlar Venesuela ilə gərginliyi azaltmaq səylərindən əl çəkməyə hazır deyil və Karakasın Vaşinqtonun çağırdığı addımları atacağına ümid edir.

"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz narahatedici addımları qeyd edirik və siz bu gün ABŞ-ın reaksiyasını görürsünüz”, - Miller ABŞ-ın Venesuelaya qarşı sanksiyalarının bərpasını şərh edərkən deyib.

Bundan əvvəl Dövlət Departamenti ABŞ-nin Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sektorlarına qarşı sanksiyalarının aprelin 18-də bərpa ediləcəyini açıqlayıb.

"Venesuelanın hələ azad və ədalətli seçkilərə icazə verməyə vaxtı var. Ümid edirik ki, onlar bunu edəcəklər, lakin əks halda biz sanksiyalar tətbiq etməyə hazırıq", - Miller vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti