IMG-LOGO

Tanzaniyada göz iltihabına səbəb olan xəstəlik yayılıb, minlərlə yoluxma var

31 Jan 2024 02:12 95 baxış
IMG

Tanzaniyada göz iltihabına səbəb olan xəstəlik yayılıb, 4 500-dən çox yoluxma halı var.

"Report" bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.

Xəstəliyin episentri Zənzibar arxipelaqı sayılır. Arxipelaqın səhiyyə nazirinin müavini Həsən Xamis Hafid bildirib ki, yoluxma sayı hazırda 4 579 nəfər təşkil edir.

Tanzaniyanın tibb orqanları epidemiyanın törədicisini müəyyən etmək istiqamətində çalışır.

Qeyd edək ki, xəstəlik gözlərin qızartı ilə müşayiət olunan iltihabına səbəb olur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti