IMG-LOGO

Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib

02 Aug 2026 08:08 5 baxış
IMG

Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı düşüb.

Rəsmi məlumatlara görə, may ayında başlayan daşqın mövsümünün əvvəlindən bəri Sıçuanda ümumilikdə 881 min nəfər təxliyə edilib.

Mənbə: report.az

Xəbər lenti