IMG-LOGO

İkimərtəbəli avtobus qəzaya uğradı, 20 nəfər öldü

30 Jan 2024 20:21 151 baxış
IMG

Meksikanın şimal-qərbində qoşqulu nəqliyyat vasitəsi ilə ikimərtəbəli avtobus toqquşub.

Lent.az xəbər verir ki, bu barədə “Diario de Mexico” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 22-si isə yaralanıb.

Qəza Sinaloa ştatının Kulakan-Masatlan şəhərləri arasındakı magistralda baş verib.

Hadisə ilə bağlı magistralda nəqliyyatın hərəkəti dayanıb.

Xəbər lenti