IMG-LOGO

Yunanıstanın baş naziri Türkiyəyə səfər etməyi planlaşdırır

30 Jan 2024 17:04 230 baxış
IMG

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu ilin may ayında Türkiyəyə səfər etməyi planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

Baş nazirin sözlərinə görə, ikitərəfli münasibətlərdə müsbət ab-hava yaranıb: “Yunanıstan-Türkiyə münasibətləri normallaşma yolundadır və biz bu nailiyyətləri qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ilin dekabrında Afinaya rəsmi səfər etmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti