IMG-LOGO

AMB IMF-lə ölkədəki makroiqtisadi vəziyyəti müzakirə edib

06 Feb 2026 16:36 2 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında ölkədəki makroiqtisadi vəziyyət müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov Fondun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə inflyasiyaya təsir edən başlıca amillər, eləcə də pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti və onun genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti