IMG-LOGO

Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir

06 Feb 2026 12:52 3 baxış
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini fevralın 20-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 10 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 20-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Financial Reporting Center" MMC olub. Şirkətə 1 357 manat ödənilib.

Xəbər lenti