Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 78 manatdır.
İddiaçılar təkliflərini fevralın 27-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 27-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.