IMG-LOGO

Azərbaycana Yaxın Şərqdən turist axını 13 % artıb

05 Feb 2026 12:31 4 baxış
IMG

2025-ci ildə Yaxın Şərq ölkələrindən Azərbaycana 301 318 turist gəlib.

"Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,1 % çoxdur.

İl ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 104 364 nəfər. Bu,1 il əvvələ nisbətən 6,4 % çoxdur.

Bundan əlavə, İsraildən - 69 124 (2,3 dəfə çox), BƏƏ-dən - 43 821 (-6,2 %), Küveytdən - 26 371 (-15,9 %), Omandan - 16 233 (-32,8 %), İordaniyadan - 10 718 (+49,9 %) Misirdən - 8 705 (+ 0,6 %), İraqdan - 7 405 (+39,2 %), Bəhreyndən – 5 284 (-10,7 %), Yəməndən - 3 181 (-8,1 %), Qətərdən – 2 874 (-14,7 %), Livandan – 1 270 (-1,6 %), Fələstindən – 1 393 (+ 8 %) və Suriyadan 387 nəfər (-3,7 %) turist gəlib.

Ötən il Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud əvvəlki illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Xəbər lenti