IMG-LOGO

BMT-nin ali nümayəndəsi: İlham Əliyev sülh naminə dialoqun əsas təşəbbüskarlarındandır

05 Feb 2026 04:57 3 baxış
IMG

Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində müzakirələrə hər zaman liderlik edib.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın ev sahibliyi ilə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda keçirilən yüksək səviyyəli paneldə iştirak edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

M. Moratinos bildirib ki, Azərbaycanın rolu mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bu müzakirələrə daim liderlik etməsi baxımından hər zaman son dərəcə vacib olub:

"Prezident İlham Əliyev sülh və barışıq naminə bu dialoqun inkişaf etdirilməsinin əsas təşəbbüskarlarından biri olub. "Bakı Prosesi" BMT və beynəlxalq ictimaiyyət tərəfindən digər mədəniyyətlərə, sivilizasiyalara və dinlərə hörmətin təşviqi üçün ən uğurlu platformalardan biri kimi tanınıb. Biz bunu böyük ruh yüksəkliyi ilə qarşılayırıq".

M. Moratinos qeyd edib ki, 2026-cı ildə Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Bakı Prosesi"nin daha da gücləndirilməsi planlaşdırılır:

"Bu il "Bakı Prosesi" daha da gücləndiriləcək. Ümid edirik ki, oktyabr ayında Bakıda hamımız bir araya gələcək və yeni bir mərhələnin başlanğıcını qoyacağıq. Çünki dünya məhz belə dialoqa, qarşılıqlı anlayışa və sülhə yönəlmiş əməkdaşlığa ehtiyac duyur".

Xəbər lenti