Kürdəmirdə kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, içki aludəçisi olduğu üçün arvadı ilə münasibətləri pisdir. O, əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə əri spirtli içkidən uzaq duracağı təqdirdə onu bağışlayacağını və şikayətçi olmayacağını qeyd edib.
Məhkəmənin qərarı ilə Cəfər İmanov 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri arvadını döydüMənbə: lent.az