IMG-LOGO

Səda TV-nin rəhbəri Elnur Şükürov həbs edilib.

07 Nov 2026 16:45 24 baxış
IMG

Məlumata görə, Elnur Şükürov haqqında edilən şikayət əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq, ağırlaşdırıcı hallarda), 188.1-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, E.Şükürov bir neçə il öncə rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı.

Xəbər lenti