Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində paylaşımda deyib.
"Dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhliz Britaniya-Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bu imkanları reallaşdırmaq üçün birgə çalışmağı səbirsizliklə gözləyirəm!", - deyə səfir əlavə edib.
Mənbə: report.az