IMG-LOGO

Boğazında sümük qalan aktyor öldü

07 Nov 2026 16:11 9 baxış
IMG
0 0

Rusiyalı aktyor İvan Skitsan 39 yaşında həyatını itirib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, “Günəşdən usanmışlar 2: Qarşıdurma” filmində rol alan aktyorun ölümünə boğazında ilişib qalan toyuq sümüyü səbəb olub.

Məlumata görə, Skitsanın doğuşdan qida borusunda daralma olub və o, həyatı boyu 10-dan çox əməliyyat keçirib.

Son vaxtlar udmaqda daha çox çətinlik çəkən aktyor qidanı mədəsinə ötürmək üçün məftil və damcı sisteminin borusundan hazırladığı xüsusi qurğudan istifadə edirmiş.

Aktyor toyuq sümüyü boğazında ilişərkən də həmin qurğudan istifadə edib. Bundan sonra döş qəfəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilib.

Həkimlər sümük parçalarını çıxarsalar da, qida borusunda dərin yara aşkarlayıblar. Aktyor noyabrın 3-də reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, İvan Skitsan 1987-ci il yanvarın 4-də anadan olub. O, 2006-cı ildən etibarən altı film və serialda çəkilib.

Hadisələr aktyor öldü

Mənbə: lent.az

Xəbər lenti