IMG-LOGO

ÜTT danışıqları ABŞ və Hindistan arasındakı fikir ayrılıqları səbəbindən dalana dirənib

29 Mar 2026 09:34 3 baxış
IMG

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) islahatı və rəqəmsal yükləmələr kimi elektron ötürmələrə gömrük rüsumlarının tətbiqinə dair moratoriumun uzadılması üzrə danışıqlar heç bir irəliləyiş əldə olunmadan yekun mərhələyə qədəm qoyub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç diplomata istinadən məlumat yayıb.

Qeyd olunub ki, ÜTT-nin Kamerundakı görüşündə ticarət nazirləri bu ay müddəti başa çatan elektron ticarətə dair moratoriumun uzadılması məsələsi ilə bağlı Birləşmiş Ştatlar və Hindistan arasındakı fikir ayrılığını aradan qaldırmağa çalışırlar.

Moratoriumun uzadılmasına, tarif siyasətinin səbəb olduğu ticarət sarsıntıları və Yaxın Şərqdəki münaqişə ilə bağlı ciddi pozuntularla keçən bir ildən sonra ÜTT-nin sınağı kimi baxılır.

Üç diplomatın sözlərinə görə, Hindistan müddətin iki il uzadılmasına razılaşmağa hazır olduğuna işarə edib. Lakin ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton qadağanın müvəqqəti uzadılmasında maraqlı deyil və yalnız onun daimi xarakter daşımasının tərəfdarıdır.

Biznes nümayəndələrinin iddialarına görə, moratoriumun uzadılması proqnozlaşdırılan mühitin təmin edilməsi üçün olduqca vacibdir, əks halda, rüsumların tətbiq edilə biləcəyindən ehtiyat edirlər.

"Moratoriumun daimi olaraq uzadılması ABŞ-nin ticarət təşkilatının işində tam iştirakını davam etdirməsi üçün ona inam verər", - ABŞ-nin ÜTT-dəki səfiri Cozef Barlun danışıqlar ərəfəsində "Reuters"ə bildirib.

Onun sözlərinə görə, əgər moratorium uzadılmasa, ABŞ bundan ÜTT-ni yenidən kəskin tənqid atəşinə tutmaq üçün bəhanə kimi istifadə edəcək.

Xəbər lenti