IMG-LOGO

Professor: Vətənpərvərlik ruhunda yetişən gənclər gələcəyimizin təminatıdır

07 Nov 2026 19:43 2 baxış
IMG

Vətənpərvərlik ruhunda böyüyən gənc nəsil gələcəkdə ölkənin müdafiəsinə və inkişafına töhfə verən, milli dəyərlərə bağlı və mübariz ruhlu vətəndaşlar kimi yetişəcək.

Bu barədə "Report"a açıqlamasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova bildirib.

O qeyd edib ki, artıq ənənə halını alan "Azərbaycan zəfəri" adlı silsilə konsert bu dəfə Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin əziz xatirəsinə həsr olunub.

K.Hüseynovanın sözlərinə görə, konsertdə məktəbin istedadlı şagirdləri ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə aktyorları da iştirak edirlər.

O bildirib ki, tələbə aktyorlar şəhid Ülvi Hacıyevin uşaqlıq və gənclik illərini səhnələşdirərək builki konsert proqramına fərqli bədii kompozisiya əlavə ediblər.

Direktor vurğulayıb ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, şəhidlərin xatirəsinin yaşadılmasına və milli dəyərlərin təbliğinə mühüm töhfə verir.

"Mən əminəm ki, məhz bu cür vətənpərvərlik ruhunda yetişən gənc nəsil qələbəni bizə yaşadan igidlərimiz kimi mübariz, vətənpərvər və milli ruhda böyüyəcək", – deyə K.Hüseynova bildirib.

Mənbə: report.az

Xəbər lenti