IMG-LOGO

İranda nüvə hücumu təhlükəsinə görə əhaliyə yod həbləri paylanır

07 Nov 2026 17:22 5 baxış
IMG
0 0

İranda ABŞ-ın mümkün nüvə hücumuna hazırlıq məqsədilə yerli sakinlərə yod həbləri paylanmağa başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Natanz nüvə kompleksinin yaxınlığında yerləşən yeraltı “Pickaxe Mountain” obyektinə nüvə zərbəsi endirə biləcəyi ehtimalı nəzərə alınır.

Bu səbəbdən ərazidə yaşayan insanlara yod həbləri ilə yanaşı, radioaktiv qəza zamanı necə davranmalı olduqlarına dair təlimatlar da verilir.

Lakin İranın Səhiyyə Nazirliyi noyabrın 6-da “The Times”ın məlumatını təkzib edib. Nazirliyin nümayəndəsi bildirib ki, qurumun heç bir əməkdaşı qəzetə müsahibə verməyib və ona istinad edilən açıqlama həqiqətə uyğun deyil. Buna görə yod həblərinin paylanması barədə məlumat hələlik mübahisəlidir.

ABŞ-İran müharibəsi dünyadan xəbərlər siyasi xəbərlər siyasət nüvə zərbəsi

Mənbə: lent.az

Xəbər lenti