IMG-LOGO

Türkiyədə qadın həbsxanasında yanğın baş verib, məhkumlar təxliyə olunub

05 Feb 2026 01:45 4 baxış
IMG

Türkiyənin Sakarya vilayətində yerləşən məntəqə tipli qadın cəzaçəkmə müəssisəsində yanğın baş verib.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, gecə saatlarında həbsxananın bir hissəsində yanğın başlayıb. Əraziyə yanğınsöndürmə briqadaları və xilasedicilər cəlb olunub.

Məhkumlar yanğın səbəbindən cəzaçəkmə müəssisəsindən təxliyə olunublar. Bununla belə, tüstüdən təsirlənənlər olub. Onlardan dördü xəstəxanaya aparılıb.

Yanğın qısa müddət ərzində söndürülüb. Faktla bağlı araşdırma başladılıb.

Xəbər lenti