IMG-LOGO

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

04 Feb 2026 23:53 3 baxış
IMG

İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.

"Report" xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə heabında paylaşım edib.

O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.

"Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.

Xəbər lenti