IMG-LOGO

Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib

05 Feb 2026 00:30 4 baxış
IMG

Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba Azərbaycanın energetika sahəsində ölkəsinə ardıcıl dəstəyini yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev "X" sosial media hesabında paylaşım edib.

Səfir bu ölkədəki diplomatik korpus nümayəndələri ilə "sahə ziyarəti" zamanı Kuleba ilə görüşdüyünü bildirib.

"Enerji dayanıqlılığının böyük çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın Ukraynaya ardıcıl dəstəyini yüksək qiymətləndirdiyi üçün baş nazirin müavininə minnətdaram", - səfir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvarın 20-də Azərbaycandan Ukraynaya ümumi dəyəri 1 milyon ABŞ dolları olan elektrik avadanlıqlarından ibarət humanitar yardım yola salınıb.

Xəbər lenti