IMG-LOGO

Paşinyan Azərbaycanla sülh prosesində əldə olunan irəliləyişi inanılmaz adlandırıb

04 Feb 2026 18:08 3 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə olunan irəliləyişi inanılmaz adlandırıb.

"Report"un Əbu-Dabiyə ezam olunmuş müxbirinin məlumatına görə, Baş nazir bu barədə bu gün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

"Təxminən qırx il ərzində siz heç vaxt "sülh", "Ermənistan" və "Azərbaycan" sözlərini yanaşı görə bilməzdiniz. Hətta onlar birlikdə səslənmiş olsaydı belə, bu, tamamilə ağlasığmaz bir şey demək olardı. Məhz buna görə də 2025-ci ildə və bu gün baş verənlər həqiqətən inanılmazdır. Ancaq bu mərasim sadəcə sülhün qeyd edilməsi deyil. Bu, həm Ermənistanın, həm də Azərbaycanın münaqişə səhifəsini geridə qoymasının təsdiqidir", - Paşinyan qeyd edib.

Paşinyan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana və ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.

"Prezident Trampa təşəkkürümü bildirirəm, onun şəxsi iştirakı və sülh ideallarına sədaqəti Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasında əsas amil oldu. Ümid edirəm ki, biz ona layiq olduğu Nobel Sülh Mükafatının təqdim olunması mərasimində iştirak edə biləcəyik. Həmçinin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana xüsusi minnətdarlığımı və dərin hörmətimi bildirirəm", - o qeyd edib.

Xəbər lenti