IMG-LOGO

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04 Feb 2026 18:08 3 baxış
IMG

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclasında "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə görülən işlər müzakirə edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə görülmüş işləri diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə 2025-ci il ərzində görülmüş işlər, eyni zamanda gələcək planlar barədə məlumat veriblər.

İclasda Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülmüş işlərə dair müzakirələr aparılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.

Xəbər lenti