Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.
"Report"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.
Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim edib.
Tədbirdə birgə foto çəkdirilib.
17:23
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir.
"Report"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.
Sonra "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciəti nümayiş olunub.
Mərasimdə Prezident İlham Əliyev çıxış edib.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatı Zarqa Yaftalı çıxış edib.
Mərasimdə, həmçinin "Taavon" Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB












