IMG-LOGO

Əfqanıstanlı fəal və Fələstin QHT-si "Zayed Mükafatı"na layiq görülüb

04 Feb 2026 18:35 3 baxış
IMG

2026-cı il "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatları arasında əfqanıstanlı fəal və qadın hüquqları tədqiqatçısı Zarqa Yaftali, eyni zamanda, Fələstinin "Taavon" qeyri-hökumət təşkilatı (QHT) da yer alıb.

Bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş müxbiri məlumat verib.

Mərasimdə çıxış edən Z.Yaftali mükafatı cəsarətli əfqan qadınlarına, o cümlədən öz anasına həsr etdiyini vurğulayıb.

"Bu mükafat mənim öz anam kimi ən ağır vaxtlarda belə öz uşaqları üçün ümid işığını qoruyan analara məxsusdur", - Yaftali bildirib.

Öz növbəsində, "Taavon"un nümayəndəsi Nabil Qaddumi vurğulayıb ki, təşkilat yarandığı vaxtdan etibarən inkişafa hərtərəfli və uzunmüddətli yanaşmaya sadiq qalıb, layiqli həyatın yalnız təhsil, səhiyyə və mədəniyyət sahələrində davamlı və çoxtərəfli proqramlar vasitəsilə mümkün olduğuna inam nümayiş etdirib.

"Mükafatın təşkilatçılarına təşəkkür edirik. Bu mükafat Fələstindəki humanitar problemlərə daha çox diqqətin cəlb edilməsinə kömək edir", - Qaddumi bildirib.

Xəbər lenti