IMG-LOGO

Özbəkistan Prezidenti Pakistana dövlət səfəri edəcək

04 Feb 2026 18:41 4 baxış
IMG

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Baş nazir Şahbaz Şərifin dəvəti ilə fevralın 5-6-da Pakistana dövlət səfəri edəcək.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İslamabadda Mirziyoyevin Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Pakistan Silahlı Qüvvələrinin Müdafiə Qüvvələri və Quru Qoşunları Komandanı feldmarşal Asim Munir ilə danışıqları, həmçinin Strateji Əməkdaşlıq Şurasının 1-ci iclasında iştirakı planlaşdırılıb.

Gözlənilən görüşlərin diqqət mərkəzində Özbəkistanla Pakistan arasında strateji tərəfdaşlığın və çoxplanlı əməkdaşlığın daha da dərinləşdirilməsi dayanır. Tərəflər siyasi dialoqun möhkəmləndirilməsi, hökumətlərarası, parlamentlərarası, işgüzar və regionlararası əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində birgə layihələrin təşviqi, həmçinin mədəni-humanitar əməkdaşlığın davam etdirilməsi məsələlərini müzakirə edəcəklər.

Həmçinin, aktual beynəlxalq və regional gündəlik ətrafında fikir mübadiləsi aparılacaq. Danışıqların yekunlarına əsasən birgə bəyannamənin və prioritet istiqamətlər üzrə sazişlər paketinin imzalanması gözlənilir.

Bundan əlavə, Özbəkistan Prezidenti iki ölkənin aparıcı işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək birgə biznes forumunda iştirak edəcək.

Xəbər lenti