Asena, “İbo Show” proqramında İbrahim Tatlıseslə 25 illik küslüyünə son qoyduqdan sonra barışığın səbəbləri barədə ilk dəfə açıqlama verib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Asena, illər sonra İbrahim Tatlıses ilə eyni proqramda yer almasının arxasında şəxsi bir qərarın dayandığını bildirib.
Onun sözlərinə görə, proqramda iştirak etməsinin əsas məqsədi keçmişdən gələn mənəvi yüklərdən azad olmaq və köhnə hesabları bağlamaq olub. Asena vurğulayıb ki, heç kimə qarşı kin saxlamır və heç kəslə rəqabət aparmır.
Məşhur sənətçi karyerası ilə bağlı da müsbət mesajlar verərək, yaxın zamanda yeni layihələrin olacağını və tamaşaçıları bir çox sürprizin gözlədiyini deyib. Hazırda özünü çox rahat və xoşbəxt hiss etdiyini qeyd edib.
İbrahim Tatlıses Asena maqazin